Xəbərlər

image

Gömrük limiti barədə Yenilik

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir. Bağlama təyin olunmuş limiti aşdığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.

image

Trendyolda “MEGA EYLÜL” endirimləri

Trendyolda “MEGA EYLÜL” endirimlərindən yararlanmağa tələsin. Qeyd edək ki, həftədə 2 dəfə Türkiyədən aldığınız məhsulları - Bakıya tam vaxtında çatdırırıq! Sifariş vermək qaydası: 1.Jetto.az saytından qeydiyyatdan keçirsiniz, 2. Sifariş et düyməsinə basırsınız, 3. Bəyəndiyiniz məhsulun linkini, qiymətini, ölçüsünü qeyd edib ödənişi edirsiniz.

image

Türkiyədən onlayn sifariş etmək üçün alış-veriş saytları - [2020]

Turkiyeden onlayn sifariş üçün ən ucuz və çox endirim edən onlayn alış-veriş saytları hansılardır? Bəs turkiyeden az bilinən, ancaq ucuz saytlar hansılardır? Və bu kimi suallara cavab axtarırsınızsa doğru yerdəsiniz, bu bloq tam sizin üçün yazılıb. İnternetin gözəl xüsusiyyətlərindən biri də evdən çıxmadan onlayn alış-verişin mümkün olmasıdır. Çox yox, 10 il əvvəl belə bir şeyin ehtimalı fantastik gələ bilərdi, amma texnologiya dövrünün vazkeçilməzlərindən biri də onlayn alış-verişlərdir. Ənənəvi mağazalardan fərqli olaraq onlayn ticarət saytları müştərilərinə bir çox kampaniya və endirim fürsətləri təklif edir. Vəziyyət belə olduğu halda alış-veriş platformalarının gündən-günə populyarlaşmağa başlamağı təsadüfi deyildi. Əsas sual isə odur ki, hansı saytdan nə almaq daha doğrudur? Bu bloqumuzda sizin üçün bir çox fərqli kateqoriyadakı onlayn alış-veriş saytlarını detallı şəkildə analiz edib bir araya topladıq. İlk olaraq fərqli sayt kateqoriyalarını, daha sonra isə qısa və fərqləndirici xüsusiyyətlərini sizlərə təqdim edəcəyik. Elə isə başlayaq! Onu da qeyd edim ki, Jetto MMC vasitəsilə bu saytların hər birindən istənilən məhsulu Türkiyədən onlayn sifariş edə bilərsiniz. Necə sifariş edilməsi ilə bağlı bu linkdən məlumat ala bilərsiniz.

image

Bir kliklə onlayn kuryer sifariş edin!

Jetto.az saytında hesabınıza daxil olun;⁣⁣ ”Kuryer sifarişi” bölməsinə keçid edərək “sifariş et” düyməsinə klikləyin;⁣⁣ Açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçin;⁣⁣ ”Şəhər, nişangah, ünvan, telefon, çatdırılma tarixi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.

image

Bəyənnamə nədir? Necə doldurulur?

Bəyannamə sifariş verilən məhsul xaricdəki anbara daxil olduqdan sonra vaxtında, tam olaraq sistemə daxil olması və saytımızdakı şəxsi kabinetinizdə sifarişinizi görməyiniz üçün lazım olan elektron sənəddir. 🚚Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number, Gönderi numarası, Kargo takip numarası ) təqdim edildikdən sonra mümkündür. Bəyənnamədə bağlamanın izləmə nömrəsi (Tracking number,Kargo takip numarası), mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş 📋invoce sənədi əlavə edilir.

image

Məhsulun çəkisini əvvəlcədən necə bilmək olar?

Dəyərli müştərilər, Sizdən ən çox gələn suallardan biri də sifariş olunan məhsulun çəkisi ilə bağlıdır. Buna görə də Jetto olaraq bu barədə sizi məlumatlandırmaq istəyirik. Bağlamaların xarici anbara təhvil verilməsi satıcı öhdəliyində olduğu üçün bizim bu barədə əvvəlcədən məlumata sahib olmağımız qeyri-mümkün olur. Jetto isə daşıyıcı şirkət olaraq fəaliyyət göstərdiyindən bağlamanın xarici anbara təhvil verildikdən sonra Azərbaycana çatdırılmasını həyata keçirir. Bütün bunlara görə də təəssüflə bildirmək istəyirik ki, məhsulun çəkisi yalnız bizə təhvil verilən zaman əməkdaşlarımız tərəfindən ölçülüb sistemə daxil edildiyi zaman məlum olur.